logo

Qarabağda daha 14 erməni hərbçisinin cəsədi tapıldı

17:49 10-01-2021 | icon 1722
Qarabağda daha 14 erməni hərbçisinin cəsədi tapıldı

Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, cəsədlər Zəngilan rayonu ərazisində aşkar edilib. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qubadlı və Zəngilan  istiqamətlərində qarşıdakı günlərdə də  axtarışlar davam etdiriləcək.

Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, indiyədək müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.