logo

ICESCO-nun baş direktoru Azərbaycana səfər edəcək

15:52 10-01-2021 | icon 2009
ICESCO-nun baş direktoru Azərbaycana səfər edəcək

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin bu barədə təşkilatın Rabatdakı baş ofisindən bildirilib.

Qeyd edilib ki, baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

O, ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.