logo

Qarabağda tapılan erməni cəsədlərinin sayı 1 200-ə çatır

20:33 09-01-2021 | icon 1519
Qarabağda tapılan erməni cəsədlərinin sayı 1 200-ə çatır

Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin cəsədi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda cəsədləri aşkarlanan erməni hərbçilərin sayı 1 197 nəfərə çatıb.

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Hadrut, Füzuli və Qubadlı istiqamətlərində qarşıdakı günlərdə də  axtarışlar davam etdiriləcək.

Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, indiyədək müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.