logo

Sabah Qırğızıstanda 17 namizəd prezidentlik uğrunda mübarizə aparacaq

19:11 09-01-2021 | icon 2009
Sabah Qırğızıstanda 17 namizəd prezidentlik uğrunda mübarizə aparacaq

Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.

YeniAvropa  Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, ölkə prezidenti postu uğrunda 17 namizəd mübarizə aparacaq. Eyni zamanda, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər. Seçki günü respublikada 2470, o cümlədən xaricdə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib.

İğtişaşlara səbəb isə parlament seçkilərinin hakimiyyətin xeyrinə saxtalaşdırması olmuşdur. Kütləvi xalq etirazlarından sonra ölkənin baş naziri Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.