logo

94 yaşlı kraliça II Elizabet koronavirusa qarşı peyvənd olundu

18:19 09-01-2021 | icon 357
94 yaşlı kraliça II Elizabet koronavirusa qarşı peyvənd olundu

Britaniya kraliçası II Elizabet və əri, Edinburq hersoqu Filip koronavirusa qarşı peyvənd olunublar.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb.

Peyvəndləmə kraliçanın və həyat yoldaşının özlərini təcrid etdikləri Vindzor qəsrində həyata keçirilib.

Qeyd edək ki, Britaniyada vaksinasiya dekabrda başlayıb. Hələlik peyvəndlər yalnız risk qrupundan olan insanlar üçün əlçatandır. İlk növbədə qocalar evlərinin sakinləri və işçiləri, yaşı səksəni keçən insanlar və həkimlər peyvənd olunurlar.

Kraliçanın hazırda 94, şahzadə Filipin 99 yaşı var.