logo

Paytaxtın bir hissəsində su olmayacaq

15:44 09-01-2021 | icon 1638
Paytaxtın bir hissəsində su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilib ki, hazırda qəzanın aradan qaldırılması işləri aparılır.