logo

Şuşa şəhərinin yeni loqotipi hazırlandı-hündürlüyü iki metrdir

14:54 09-01-2021 | icon 1708
Şuşa şəhərinin yeni loqotipi hazırlandı-hündürlüyü iki metrdir

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yeni loqotip-yazı  hazırlanıb.

YeniAvropa xəbər verir ki, xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmayaraq sutkanın qaranlıq .vaxtında da göz oxşayacaq.

"AdCo" reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Xatırladaq ki, Şuşa şəhəri 28 il sonra-2020-ci il noyabrın 8-də işğaldan azad edilib. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür.

0-1-3

0-1-1