Müdafiə Nazirliyi MAXE olmaq istəyənlərə müraciət edib
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciət edib.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Müraciətlər yanvarın 11-dən 30-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən müvafiq komissiyalarda qəbul edilir.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
"Siz, sülhməramlı olaraq varsınız, lakin..." - Türkiyə hərəkətə keçdi
Azərbaycanda vulkan püskürdü-VİDEO
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - XİN
Cavid Qurbanov İran səfiri ilə “Şimal-Cənub” dəhlizini müzakirə edib
İlham Əliyev Cıdır düzündə çay içdi
İtkin düşən daha bir zabitimizin şəhid olduğu bəlli olub
Azərbaycan COVİD-19-a qarşı peyvəndə 46,1 milyon manat xərcləyib
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradıldı
Azərbaycan-Əfqanıstan parlament əməkdaşlığı müzakirə olunub
Ceyhun Bayramov Sergey Lavrovla Qarabağı müzakirə edib
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
İlham Əliyev:“Bu da...gorbagor olmuş icra başçısının otağı”
Rasim Balayev:“Əməkdar artist adını 3000, xalq artisti adını 5000 manata satırdılar“
Cari ildə Bakı ilə Minsk arasında yüksək səviyyəli səfərlər planlaşdırılır
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt bəlli oldu
İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Meliorasiya İdarəsi 1 gündə 3 tender keçirdi-inanılmaz maxinasiya
Paytaxt sakinindən 25 kq-dan çox heroin götürülüb
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntüləri yayıldı
Zərif Moskvada Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək
Yanvarın 16-na olan hava proqnozu