logo

Donald Tramp  Co Baydenin andiçmə mərasiminə qatılmayacaq

21:44 08-01-2021 | icon 322
Donald Tramp  Co Baydenin andiçmə mərasiminə qatılmayacaq

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə D.Tramp özünün “Twitter” hesabında yazıb.

"Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, -deyə Donald Tramp vurğulayıb.

"Reuters"in məlumatına görə, Ağ Ev D.Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə edib.

Xatırladaq ki, D.Tramp qərarında israrlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.