Aqil Abbas general Nəcməddin Sadıkovun dustaqlığından danışdı
“Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs?”.
YeniAvropa xəbər verir ki, bu fikirləri artıq 3 aydan çoxdur, barəsində çeşidli məlumatlar dolaşan Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas səsləndirib.
Aqil Abbasın fikrincə, Nəcməddin Sadıkov hazırda villalarının birində ev dustağıdır:
“Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.
Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı… Yəqin evində, villalarının birində ev dustağı olar.
Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.
Müdafiə Nazirliyinin mətbuatla işinin bərbad vəziyyətdə olduğunu, bu üzdən qoyulmuş suala həmin qurumdan cavab almağın mükünsüzlüyü haqda replikamızdan sonra Aqil Abbas bu mövzuya da toxundu:
“Müdafiə Nazirliyi mətbuatla həmişə zəif işləyib. Yaxşı ki Anarı (Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov – red.) gətirdilər. O da müharibə dövründə pis işləmirdi, amma ondan sonra deyəsən, o da “evdən işləyir”.("Yenicag.az")
Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başladı
Eldar Həsənovun zaminə buraxılması ilə bağlı prezidentə müraciət edildi
Madriddə güclü partlayış baş verib
Bakı İrəvanla sərhədlərin demarkasiyası üzrə danışıqlara başlayır
Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntüləri yayıldı
Mikayıl Cabbarov SOCAR-ın satılacağı xəbərini təkzib etdi
Putinin Qara dəniz sahillərində milyardlıq sarayı üzə çıxdı
İşğaldan azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək-Nazir
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
Əfv Komissiyasının yeni tərkibi formalaşıb - Yeniliklər gözlənilir
Komissiyada 3443 səfərbərliyə cəlb olunan vətəndaşın müraciərinə baxılıb
Allahşükür Paşazadə:Qorbaçov cəzasını almalıdır
Erkan Özoral MHP sədrinin Şuşada məktəb açmasına münasibət bildirdi
Yük maşını traktorla toqquşdu-1 nəfər öldü
Mədət Quliyev zavod direktorunun vəzifəsindən azad etdi
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım etdi
DİN əməliyyat keçirdi: Bakı və Sumqayıtda silahlı şəxslər saxlanıldı
Sabah Bakıda sulu qar, qar yağacaq
Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 27,4 milyon ton neft nəql olunub
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Qaxda 43 sm qar yağdı, Xəzərdə dalğa 2,7 metrə qalxdı..
Azərbaycan nefti 56,39 dollara satılır
ABŞ-ın 46-cı prezidentinin bu gün andiçmə mərasimi keçiriləcək