logo

MN təkzib edir:Azərbaycanda Türkiyənin hərbi bazaları olmayacaq

19:52 08-01-2021 | icon 1988
MN təkzib edir:Azərbaycanda Türkiyənin hərbi bazaları olmayacaq

Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

 YeniAvropa xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

"Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir",-deyə Vaqif Dərgahlı vurğulayıb.