logo

Paytaxtın bir hissəsində 2 gün yol bağlı olacaq

16:28 08-01-2021 | icon 2051
Paytaxtın bir hissəsində 2 gün yol bağlı olacaq

Yanvar ayının 9-u və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, "Koroğlu" yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib.

Qeyd edilib ki, həmin müddətdə  sürücülər  alternativ olaraq prospektin yan yollarından istifadə edə bilərlər.