logo

Prezident 81 yaşlı səfir Həsən Həsənovu Polşadan geri çağırdı

14:54 08-01-2021 | icon 1981
Prezident 81 yaşlı səfir Həsən Həsənovu Polşadan geri çağırdı

Prezident İlham Əliyev yanvarın 8-də Həsən Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncamı imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tiflis şəhərində anadan olub.

Müxtəlif dövlət vəzifələrində -Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdırAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010- h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.