logo

Sabah Bakıda 9° isti olacaq

14:21 08-01-2021 | icon 1750
Sabah Bakıda 9° isti olacaq

Azərbaycanda yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Yanvarın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 7-9° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 9-da Abşeron yarımadasında arabir güclənən mülayim cənub-qərb küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.