logo

“YAŞAT” Fonduna 24 milyon manatdan çox vəsait toplanıb

13:46 08-01-2021 | icon 1778
“YAŞAT” Fonduna 24 milyon manatdan çox vəsait toplanıb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 24 milyon 804 min 936 manat 86 qəpik pul toplanıb.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.

Ü.Mehdiyev bildirib ki, toplanan vəsaitin 15 milyon 36 min 831 manat 70 qəpiyi fiziki, 9 milyon 768 min 105 manat 16 qəpik hüquqi şəxslər tərəfindən ödənilib. Toplanan vəsaitin 883 min 278 manat 49 qəpiyi xərclənib.