logo

Ötən il 2 prokuror orqanlardan xaric olunub,8 nəfər vəzifəsindən azad edilib

13:27 08-01-2021 | icon 1792
Ötən il 2 prokuror orqanlardan xaric olunub,8 nəfər vəzifəsindən azad edilib

Ötən il xidməti fəaliyyətlində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

YeniAvropa Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki,  bunu baş prokuror Kamran Əliyev yanvarın 8-də keçirilən əməliyyat müşavirəsində deyib.

Kamran Əliyev vurğulayıb ki, onların 2-si prokurorluq orqanlarından xaric olunub, 8 nəfər vəzifəsindən azad edilib. Həmçinin 15 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 5 nəfər barəsində isə digər intizam tənbehi tədbiri tətbiq olunub.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.