logo

Ötən il korrupsiya hüquqpozmasına görə 180 cinayət işi açılıb

13:03 08-01-2021 | icon 1764
Ötən il korrupsiya hüquqpozmasına görə 180 cinayət işi açılıb

Keçən il korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.