logo

Qazimiz “YAŞAT” Fonduna rəhbər təyin edilib

12:06 08-01-2021 | icon 1827
Qazimiz “YAŞAT” Fonduna rəhbər təyin edilib

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər və müdir müavini seçilib.

YeniAvropa xəbər verir ki, Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.