logo

İlon Mask dünyanın ən varlı insanıdır

11:49 08-01-2021 | icon 252
İlon Mask dünyanın ən varlı insanıdır

“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində "Amazon" korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.

YeniAvropa “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ötən gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması "Tesla"nın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir.

 "Amazon" korporasiyasının sahibi Ceff Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır.

Xatırladaq ki, Ceff Bezos 2017-ci ilin oktyabrından dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edirdi.