logo

DSX:Yardımlıda İranla sərhəd ərazidə 1,4 kq narkotik maddə aşkarlanıb

18:10 07-01-2021 | icon 1925
DSX:Yardımlıda İranla sərhəd ərazidə 1,4 kq narkotik maddə aşkarlanıb

Dövlət sərhədlərinin mühafizəsinin təmin olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki,  Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə bir ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı çəkisi təxmini 1 kiloqram 400 qram olan, heroinə oxşar maddə aşkarlanaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.