Dilqəm Əsgərov: Girovluqdan azad ediləcəyimizə həmişə inanırdım
Girovluqdan azad edilərək doğma Vətənimə qayıtdığım üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Vətən müharibəsində Qələbəmiz münasibətilə xalqımızı təbrik edirəm. Bizim girov götürülməyimiz, işgəncələrə məruz qalmağımız tamamilə qeyri-qanuni idi. Çünki mən Ermənistan ərazisinə keçməmişdim. Mən kəlbəcərliyəm və ata-baba yurdunu, onların qəbrini ziyarət etməyə getmişdim.
YeniAvropa xəbər verir ki, bu barədə erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Girovluqda olduğu müddətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə bağlı danışan Dilqəm Əsgərov qeyd edib: “1998-ci ildən Kəlbəcərə gedib-gəlirdim. Bu, mənim oraya ilk səfərim deyildi. Ermənilər məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndiyə apardılar. Orada mənim iki barmağımı qırdılar, baş nahiyəmdə, ümumiyyətlə səhhətimdə problem var. Xankəndidə olduğum müddətdə mənə yemək vermədilər. Tutulanda çəkim 105 kiloqram idi və qısa vaxtda 55 kiloqramadək azaldı. Taqətdən düşdüyüm üçün yeriyə bilmirdim. Onlar məni məhkəməyə aparanda avtomatın arxası ilə sinəmə və qoluma vururdular. Məni istintaq vaxtı 15 nəfər döyürdü. Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) mənə bir il müddətində heç bir kömək olmadı. Mənim barmağımın qırılmasını, başımın əzilməsini, bədənimin bir tərəfinin tamamilə iflic olduğunu BQXK bilirdi. Ancaq bu barədə onlar heç bir ölçü götürmədilər”.
D.Əsgərov BQXK-nin onların vəziyyəti ilə ancaq bir ildən sonra maraqlanmağa başladığını bildirib: “Məni Şuşadakı həbsxanaya göndərdilər. Orada vəziyyət acınacaqlı idi. Azərbaycan dövlətinin gördükləri tədbirlər nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bizə yemək alıb gətirməyə başladılar. Mən altı il beş ay Şuşa həbsxanasında qaldım. Gəzintiyə çıxmağa icazə vermirdilər. Həbsxanada da mənə işgəncələr verirdilər. İki dəfə xüsusilə Xankəndidə bədənimi elektrik cərəyanına verdilər. Məqsədləri məni Azərbaycan hökumətinin əleyhinə danışdırmaq idi. Ancaq mən buna imkan vermədim. Hətta xaricdən gələn jurnalistlər də həbsxanada olmuşdular. Ermənilər məni məcbur edirdilər ki, jurnalistlərə müsahibə verim. Ancaq heç bir açıqlama vermədim və tələb etdim ki, ancaq Kəlbəcərdə bunu edərəm”.
Ermənilər müharibənin başladığını onlardan gizləməyə çalışdıqlarını vurğulayan Dilqəm Əsgərov hərbi əməliyyatların başlamasını artilleriya atəşlərinin səsindən bildiyini deyib: “Bizi gəzintiyə buraxmırdılar, pəncərələri bağlamışdılar. Bildim ki, əsgərlərimiz gəlirlər. O vaxt ermənilər çox qorxurdular, onlarda böyük təşviş vardı. Bizi gecə ikən Şuşadan Gorusa apardılar. Orada məni yıxdılar və təpiklədilər, əşyalarımı oğurladılar. Mən olduğum həbsxanaya 1000 nəfər gətirildi və onlar nəfəslikdən bizi təhqir etdilər. Oradan da Xankəndiyə gətirdilər. Daha sonra isə İrəvandakı hava limanına apardılar”
Girovluqdan azad edilməsinə görə öz adından və ailəsi adından təşəkkürünü bildirən Dilqəm Əsgərov deyib: “Mən azad olunacağımıza həmişə ümid edirdim. Çünki ölkəmizin apardığı uğurlu siyasəti izləyirdim. İnanırdım ki, biz azad olunacağıq. Girovluqda olarkən ermənilərə də demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri buraya - Şuşaya gəlib çıxacaq. Şükürlər olsun ki, əsgərlərimiz gəldi, torpaqlarımız azad olundu və biz doğma Azərbaycana qayıtdıq”.
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı
İmişlidə avtotəmir sexində pendir və yağ da istehsalı edirdilər
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib
Əhalinin banklardakı əmanətləri artıb
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib
Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
Paytaxtda keçmiş məhkumdan 6 kq-dan artıq narkotika götürülüb
Ermənilərin AŞ PA sessiyasında daha bir təklifi rədd edilib
Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək
İlham Əliyev yeni təyin olunan nazir Rəşad Nəbiyevi videoformatda qəbul edib
Xəzər dənizində zəlzələ olub
İlham Əliyev Fransan XİN-nin dövlət katibini qəbul edib
Baş Prokurorluq Xırdalandakı partlayışla bağlı məlumat yaydı
Sabah Bakıda 10° isti olacaq
Prezident İlham Əliyev Rəşad Nəbiyevi NRYT naziri təyin etdi
İlham Əliyev Ramin Quluzadəni nazir vəzifəsindən azad etdi
Erməni tərəfinə qaytarılan cəsədlərin sayı açıqlandı