logo

Hikmət Hacıyev:Prezident QHT-lərin fəallığına böyük əhəmiyyət verir 

16:10 07-01-2021 | icon 1925
Hikmət Hacıyev:Prezident QHT-lərin fəallığına böyük əhəmiyyət verir 

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ağsaqqalları da öz sözlərini dedilər, Azərbaycan xalqının səfərbər olunmasında fəallıq göstərdilər.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışında deyib.

H.Hacıyev bildirib ki, bundan sonrakı postkonflikt reabilitasiya dövründə də ağsaqqallarımız xalqımızın həmrəy olması və prezidentin yürütdüyü daxili və xarici siyasətin dəstəklənməsində öz aktiv rollarını oynayırlar.

 “Ümumiyyətlə, bu gün cəmiyyətimizdə vətəndaş cəmiyyəti təsisatlarının, qeyri-hökumət təşkilatlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına möhtərəm prezident böyük əhəmiyyət verir. İctimai nəzarət şuralarının yaradılması, ictimai birliklərin fəal olması, eyni zamanda postkonflikt reabilitasiya dövründə də vətəndaş cəmiyyəti təşkilatlarının öz rollarını oynaması vacibdir”,-deyə prezidentin köməkçisi vurğulayıb.