Həbsdə olan “Zaminbank”ın sədri məhkəmə qarşısına çıxarılır
Fəaliyyəti 2016-cı ildən dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı yekunlaşıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, aparılmış istintaqla Nadir İsmayılovun həmin vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı Nadir İsmayılovun qanunsuz əməlləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə ona məxsus əmlak üzərinə həbs qoyulması təmin olunub.
Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkarlanması ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.
İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Xatırladaq ki, “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov ötən ilin iyulunda həbs edilib. O, 20 milyon manatdan çox pul mənimsəkdə şübhəli bilindiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılmışdı.
Qeyd edək ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.
Nazir Azad Rəhimov komaya düşüb
Ramiz Mehdiyev Oqtay Səmədovu niyə işdən çıxardı? - SƏBƏB
Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı-Masallıda
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidədir
Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib
İnam Kərimov KT Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib
“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı
Azərbaycandadaha 280 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər
BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi qüvvəyə mindi
Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb
Müdafiə sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı müzakirə olunub
Mərkəzi Bank: 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb
XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri yayıldı
Kəmaləddin Heydərovun ölkədən pul çıxarma məsələsi böyüyür – Deputatdan açıqlama
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ötən il TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb
Bəzi sənaye parkları "Azərbaycan İnvestisiya Şirkəti”dən çıxarılıb
Ukraynada matəm elan edilib
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
Füzuli rayonunun işğaldan azad edilmiş Qarğabazar kəndi-VİDEO
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır