logo

Sinoptiklərdən güclü külək xəbərdarlığı

15:08 07-01-2021 | icon 1904
Sinoptiklərdən güclü külək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 olacaq, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcək.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 metr/saniyə olacaq. Əsasən dağlıq ərazilərdə isə küləyin arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.