logo

İran sərhədçiləri 6 ton narkotik vasitə müsadirə edib

14:54 07-01-2021 | icon 2058
İran sərhədçiləri 6 ton narkotik vasitə müsadirə edib

İranın Sistan-Bəlucistan vilayətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində 6 ton narkotik vasitə ələ keşirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın sərhəd qoşunlarının komandanı general Əhməd Əli Gudərzi məlumat verib.

Onun sözlərinə görə, İran ərazisinə 6 ton narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsi haqqında daxil olan məlumata əsasən xüsusi əməliyyat hazırlanıb. Əməliyyat gömrük-keçid məntəqəsinin olduğu Sərvan şəhərində həyata keçirilib. Avtombillərə baxış zamanı 6 ton narkotik maddə aşkarlanaraq götürülüb.

General nəzərə çatdırıb ki, həbs olunanlar var və hazırda istintaq aparılır.