logo

ABŞ Konqresi Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqlədi

14:10 07-01-2021 | icon 2317
ABŞ Konqresi Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqlədi

ABŞ Konqresi Kapitoli binasında baş verən iğtişaşlar və Vaşinqtonda tətbiq edilən komendant saatı rejimi fonunda Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,, Cozef Bayden seçkiçilərin Konqres tərəfindən təsdiqlənən 270-dən çox səsini qazanıb.

Konqresdəki müzakirələr Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binasına daxil olması zamanı baş verən iğtişaşlar fonunda keçirilir. Seçkiçilərin səslərinin təsdiqlənməsi ölkədə prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələrin davam etməsi üçün bütün konstitusiya imkanlarının qarşısını alır.

Qeyd edək ki, Vaşinqtonda yerləşən Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər həlak olub. Həmçinin iğtişaşlar zamanı paytaxt polisinin ən azı 14 əməkdaşının da xəsarət aldığı bildirilir.