logo

Hazırda İtaliyaya gündəlik 10,5 milyon m3 Azərbaycan qazı ixrac edilir

13:09 07-01-2021 | icon 2212
Hazırda İtaliyaya gündəlik 10,5 milyon m3 Azərbaycan qazı ixrac edilir

Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac olunur.

 YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov prezident İlham Əliyevin sədrliyi ilə ötən gün  keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə məlumat verib.

"“OPEC+” məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 faiz azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 faiz artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub. 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb",-deyə energetika naziri bildirib. 

Pərviz Şahbazov daha sonra Avropalı istehlakçılara satılan Azərbaycan qazının həcmlərinə aydınlıq gətirib. "Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”, - deyə nazir qeyd edib.