logo

MN Kəlbəcər rayonunun Otaqlı kəndinin videogörüntülərini paylaşıb

12:55 07-01-2021 | icon 1967
MN Kəlbəcər rayonunun Otaqlı kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Otaqlı kəndinin videogörüntülərini yayıb.

YeniAvropa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, füsunkar təbiətə malik Otaqlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.