logo

Dünyada koronavirusdan ölənlərin sayı 1,9 milyon nəfərə çatır

10:44 07-01-2021 | icon 1981
Dünyada koronavirusdan ölənlərin sayı 1,9 milyon nəfərə çatır

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 87 milyon 640 min 402 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədəpandemiyanın statistikasını aparan  “Worldometers” saytı məlumat yayıb.

Bildirilir ki, yanvarın 6-na olan məlumata görə, dünya üzrə pandemiya qurbanlarının sayı 1 milyon 891 min 692 nəfərdir. İndiyədək 63 milyon 131 min 926 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 21 857 616 nəfər virusa yoluxub, 369 990 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 395 938 yoluxma qeydə alınıb. Onlardan 150 372 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə  7 874 539 nəfərdə virus aşkar edilib. Xəstələrdən 199 043 nəfəri həyatını itirib.