logo

Ukraynada hərbi rütbələr NATO standartalarına uyğunlaşdırılır

17:30 06-01-2021 | icon 2030
Ukraynada hərbi rütbələr NATO standartalarına uyğunlaşdırılır

Ukraynanın müdafiə naziri Andrey Taran Silahlı Qüvvələrdə hərbi rütbələrin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı əmr imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

Xatırladaq ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.