logo

Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub

18:50 05-01-2021 | icon 2408
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub

Yanvarın 5-də  Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DSX-dan bildirilib. Qeyd edilib ki, zastavanın açılışında DSX-nın rəis müavinləri - general-leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

"Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımız qaldırılıb.