logo

Azərbaycanda daha 802 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

16:43 05-01-2021 | icon 1876
Azərbaycanda daha 802 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 2479 nəfər müalicə olunaraq sağalıb, 802 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 221 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 199 min 213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib. Aktiv xəstə sayı 19396 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 222 min 629 test aparılıb. Bugünkü test sayı isə 8435-dir.