logo

Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsait açıqlandı

15:55 05-01-2021 | icon 1911
Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsait açıqlandı

Müdafiə Nazirliyi cari il yanvarın 5-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, indiyədək Fonda 211 milyon 920 min 320,58 manat, 11 milyon 176 min 390,65 ABŞ dolları, 183 min 484,92 avro, 593 min 924,33 türk lirəsi, 1844,72 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.