logo

İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin etdi

15:33 05-01-2021 | icon 1876
İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin etdi

Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycanın yeni mədəniyyət naziri təyin edilməsi haqda sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilsin".

Prezidentin digər bir sərəncamı ilə Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Həmçinin “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli sərəncamı da ləğv olunub.