logo

Bu günədək döyüş bölgəsindən  988 erməni hərbçisinin cəsədi çıxarılıb

14:28 05-01-2021 | icon 1960
Bu günədək döyüş bölgəsindən  988 erməni hərbçisinin cəsədi çıxarılıb

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn vəzifələrdən biri döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsidir. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

İsmayıl Axundov bildirib ki, proses başlayandan bu günədək döyüş bölgəsindən Azərbaycanın 334, Ermənistanın isə 988 hərbçisinin meyiti çıxarılıb. Hazırda proses davam etdirilir.