logo

“Lider TV"nin binası siyasi partiyalara icarəyə verilib

14:09 05-01-2021 | icon 8260
“Lider TV"nin binası siyasi partiyalara icarəyə verilib

Paytaxtın Yasamal rayonunda, Şəfayət Mehdiyev küçəsi 177 ünvanında yerləşən “Lider TV"nin inzibati binası siyasi partiyalara icarəyə verilib.

 YeniAvropa xəbər verir ki, bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı məlumat verib. O qeyd edib ki, xeyli sayda partiya artıq yeni qərargahına köçməyə hazırlaşır:
“Siyasi partiyalar üçün ayrılan bir bina “Lider TV"nin binası kimi tanınıb.Digər bir bina isə paytaxtın "Azadlıq" prospektində yerləşən dövlət binasında ümumilikdə 17-18 partiyaya qərargah müəyyən edilib. AĞ Partiya olaraq bizə, “Lider TV"nin 5-ci mərtəbəsində təxminən 140 kvmetri əhatə edən ofis ayrılıb. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə, dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki o böyüklükdə ofisin saxlamasına kifayət qədər maliyyə lazımdır və buna görə çətinlik yarana bilərdi. Yavaş-yavaş ofisə köçməyə başlamışıq”.

Tural Abbaslının sözlərinə görə, “Lider TV"nin binasında AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib. "Modern.az"