logo

MTRŞ-ın üzvü koronavirusdan vəfat edib

13:33 05-01-2021 | icon 1855
MTRŞ-ın üzvü koronavirusdan vəfat edib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə MTRŞ-dan məlumat verilib.

Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu bir müddət əvvəl koronavirus infeksiyasına yoluxub.  20 gündən çox müddətdə xəstəxanadan birində müalicə alıb. 

"Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq Mübariz Elyazov dünyasını dəyişib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub.

O, 2003-ci ildən MTRŞ-nin üzvü olub.

Allah rəhmət eləsin!