logo

Ukrayna Qış və Yay Olimpiya oyunlarına ev sahibliyi etməyə iddialıdır

10:29 05-01-2021 | icon 2380
Ukrayna Qış və Yay Olimpiya oyunlarına ev sahibliyi etməyə iddialıdır

Ukrayna 2030-ci ildə keçiriləcək Qış, yaxud 2032-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarına ev sahibliyi etməyə iddialıdır.

YeniAvropa xəbər verir ki, bu barədə İctimai Televiziyaya müsahibəsində Ukraynanın gənclər və idman naziri Vadim Qutstay məlumat verib.

Onun sözlərinə görə, 10 ildən sonra Ukraynanın infrastrukturu Olimpiya oyunlarının keçirilməsinə cavab verəcək.

Nazir bildirib ki, hazırda Ukrayna hökuməti Olimpiya oyunlarının hansı şəhərlərdə keçirilməsi və büdcə xərclərini müzakirə edir.