logo

Azərbaycan Türkiyə-Rusiya tandemindən maksimum yararlanmalıdır-Tofiq Zülfüqarov

20:51 04-01-2021 | icon 1911
Azərbaycan Türkiyə-Rusiya tandemindən maksimum yararlanmalıdır-Tofiq Zülfüqarov

"Ordumuzun qəhrəmanlığı ilə bərabər Türkiyə-Rusiya tandemi qələbəmizi təmin edən əsas xarici siyasi amil oldu".

 YeniAvropa xəbər verir ki,  bu fikir Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun bu gün  "Facebook" hesabında paylaşdığı statusda yer alır.

Sabiq nazir belə hesab edir ki, Türkiyə və Rusiyanın əməkdaşlığından Azərbaycan maksimum yararlanmalıdır:

"Əgər bu cütlükdən Rusiyanı kənarlaşdırsaq, o zaman tandem dağılacaq və yeni geosiyasi konfiqurasiyanın yaranmasına səbəb olacaq... Necə konfiqurasiya? Məsələn, Rusiyanın Ermənistanı özünün "forpostu” hesab etdiyi modelin bərpası ilə nəticələnə də bilər. Bizə bu lazımdır? Yoxsa biz praqmatik olmalı və bu tandem çərçivəsində maraqlarımızın təmin olunmasını tələb etməliyik? Hesab edirəm ki, biz bu geosiyasi imkanlar çərçivəsində suverenliyimizin bərpası və yerdə qalan 2% məcburi köçürülmüş insanların öz evlərinə qayıtması uğrunda mübarizəni davam etdirməliyik. (860 min. UNHCR məlumatlarına əsasən, 1994-cü ilin statistikası ilə 16 min insan hazırda məcburi köçkündür). Səmimi desək, Azərbaycan uzun illər təcavüzkarı qovmağa, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa etməyə, hətta ermənilərin 1993-cü ildən qeyri-qanuni istifadə etdikləri əraziləri qaytarmağa imkan verməyən bölgədəki geosiyasi konfiqurasiyanı dəyişdirməklə, demək olar ki, qeyri-mümkün olan bir işi reallaşdırdı. Belə olan halda, nəyə görə biz "qızıl yumurtlayan” toyuğu öz əlimizlə kəsməliyik? Nəzərə alaq ki, Türkiyə də bu strategiyaya riayət edir..."