logo

Şurnux kəndinə Azərbaycan bayrağı belə sancıldı - VİDEO

19:15 04-01-2021 | icon 2163
Şurnux kəndinə Azərbaycan bayrağı belə sancıldı - VİDEO

Sosial şəbəkələrdə Şurnux kəndində Azərbaycan bayrağının qaldırılma anını əks etdirən görüntülər yayılıb.

 YeniAvropa xatırladır ki,  1942-ci ilin xəritələrinə bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan bölgəsi ərazisinə aiddir. Sonradan ermənilər bu kəndi Gorus rayonunun ərazisinə daxil ediblər. 

İkinci Qarabağ müharibəsindən sonra əldə edilən üçtərəfli razılaşmaya görə bu kənd də Azərbaycan tərəfinə qaytarılılır. 

Bu barədə kəndin icma başçısı Akob Arşakyan özünün “Facebook” hesabında bildirib.

"Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar", - deyə o, əlavə edib.

Əsgərlərimizin Şurnux kəndində Azərbaycan bayrağının qaldırılma anını əks etdirən videonu təqdim edirik: