logo

Azərbaycan voleybol yığması dünya reytinqində 26-cıdır

17:13 04-01-2021 | icon 2317
Azərbaycan voleybol yığması dünya reytinqində 26-cıdır

Beynəlxalq Voleybol Federasiyası (FIVB) milli komandaların reytinq cədvəlini açıqlayıb.

YeniAvropa xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması mövqeyini qoruyub. Belə ki, hesabında 127 xal olan millimiz 26-cı pillədə qərarlaşıb.

Çin millisi 391 xalla siyahıya başçılıq edir. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.