logo

İranda koronavirusdan daha 110 ölüm qeydə alınıb

16:36 04-01-2021 | icon 2219
İranda koronavirusdan daha 110 ölüm qeydə alınıb

İranda son sutka ərzində 6 min 73 nəfər virusa yoluxub, 110 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 min 650 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, beləliklə, İranda bu virusa yoluxanların sayı 1249507 nəfərə çatıb. Virus daşıyıcılarından 4901 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1020737 nəfər koronavirusdan sağalıb.