logo

Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq olub

15:55 04-01-2021 | icon 1722
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq olub

Bakıda şadlıq sarayından oğurluq edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A. Abbasov saxlanılıblar.

Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.