logo

Zərif Azərbaycana səfər edəcək

14:30 04-01-2021 | icon 1862
Zərif Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə İranın  "Mehr” agentliyi xəbər yayıb. Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə səfərin anonsunu verib.

XİN sözçüsü deyib ki, ötən il üçün nəzərdə tutulan Zərifin Moskva, Bakı və Yerevana səfərləri yenidən gündəlikdədir.

S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.