Sabah Bakıda 8° isti olacaq
Azərbaycanda yanvarın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-2° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-9° isti, dağlarda gecə 1-3°, gündüz 5-7° isti olacağı ehtimalı var.
Nazir Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olundu
Azərbaycanda vaksinasiya prosesi başlayıb
Fevralın 1-dən tələbələrin köçürülməsinə start veriləcək
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi
Milli iqtisadiyyata qoyulan 450 milyon manatlıq baş daşı-Ekspert rəyi
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Fransa "Qran-pri”sində 9 güləşçimizdən 8-i medal qazandı
Borca görə mandatını girov qoyan keçmiş deputat həbs olunacaq
Vətən Müharibəsində hücuma keçən ilk tankçı - VİDEOREPORTAJ
Hirkan Milli Parkında yanğın davam edir - VİDEO
Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb
Qar Gürcüstan-Rusiya sərhəddində 10 km-lik tıxac yaradıb
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”ə yollanıblar
Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” veloyarışı keçiriləcək
Sumqayıtda oteldə arvadını yastıqla boğub öldürdü
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Qarsda genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri keçiriləcək
Xalq artisti Siyavuş Aslanın oğlu küçədə yaşayır
Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli aşkarlandı-VİDEO
Sabah Bakıda 10 dərəcə isti olacaq, bölgələrdə qar yağacaq, şimşək çaxacaq
Güləşçilərimiz Fransa "Qran-Pri"sində 5 medal qazandı
İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olunublar
MHP sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir