logo

"Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri bəlli oldu

12:49 04-01-2021 | icon 2002
"Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri bəlli oldu

Prezident İlham Əliyev yanvarın 4-də "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdə yaradılıb:

Mikayıl Cabbarov –iqtisadiyyat naziri

Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Milli Məclisin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının xalq artisti.