logo

Cəbrayı və Hadrutda daha 20 erməni hərbçinin cəsədi tapıldı

11:10 04-01-2021 | icon 2037
Cəbrayı və Hadrutda daha 20 erməni hərbçinin cəsədi tapıldı

Noyabrın 10-dan indiyədək Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması işləri davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, yanvarın 3-də Cəbrayılda və  Xocavəndin Hadrut qəsəbəsi də daxil ətraf kəndlərdə daha 20 hərbçinin cəsədi aşkar olunub.

Bununla da atəşkəs elan edilən indiyədək 1170 itkin düşmüş hesab edilən erməni hərbçisinin cəsədi tapılıb. 

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onlar Hadrut, Füzuli və Qubadlı istiqamətlərində qarşıdakı günlərdə də  axtarışlar davam etdiriləcək.