logo

İlham Əliyev və xanımı qrossmeyster Teymur Rəcəbovu təbrik etdi

23:25 03-01-2021 | icon 1827
İlham Əliyev və xanımı qrossmeyster Teymur Rəcəbovu təbrik etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 3-də Azərbaycan qrossmeysteri Teymur Rəcəbova təbrik məktubu ünvanlayıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: “ Əziz Teymur,

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək turnirin qalibi olub.