Düşmənin pulemyotu ilə 23 ermənini məhv edən şəhidimiz
Bu gün şəhid baş çavuş Samiq Rəhmanovun doğum günüdür.
YeniAvropa xəbər verir ki, 44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Astaradan olan Samiq Rizvan oğlu Rəhmanovdur.
Samiq Rəhmanov 1989-cu ildə Astaranın Səncərədi kəndində dünyaya gəlib.
Orta məkəbi bitirdikdən sonra hərbi xidmətə gedən Samiq Rizvan oğlu Rəhmanov 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Snayper kursunu keçdikdən sonra aprel döyüşlərində yaxından iştirak edib.
Samiq sonradan çavuş və baş çavuş rütbələrinə yüksəlib. Onun döyüşlərdə iştirakı hələ 2016-cı ilin aprelində Lələtəpədən başlayıb. Vətən Müharibəsində döyüş yolunu Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlıda davam etdirib.
Samiq ilk dəfə Cəbrayılda başından, çiynindən və qolundan qəlpə yaraları alıb. Lakin hospitalda əməliyyatdan könüllü imtina edərək yenidən döyüşlərə qatılıb. Cəbrayıl istiqamətində ayağından xəsarət alsa da, yenə döyüş dostlarından, əsgərlərindən ayrılmayıb. Yaralı olduğu halda belə düşmənlə vuruşmağa davam edib.
Həyat yoldaşı Dünya Rəhmanova deyir ki, Samiq ailəcanlı, dostlarına, doğmalarına bağlı insan olub: “Evə son dəfə sentyabrın 26-da, müharibədən bir gün əvvəl gəlmişdi. Sonuncu dəfə isə onu hospitalda müalicə alan vaxt gördüm. Soruşdum hansı şəraitdə yaralandın? Cavab verdi ki, ağır döyüş gedirdi. Silahımın gülləsi qurtardı. Ermənilərin meydanda qoyub qaçdıqları pulemyotu götürüb döyüşü davam etdirdim. Düşmənin 23 nəfər canlı qüvvəsini məhv etdim. Lakin top mərmisi yanımda partladı”.
Azərbaycan Ordusunun qəhrəman Baş çavuşu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Samiq Rəhmanov Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib. “Report”
Onun iki qız övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Fransa "Qran-pri”sində 9 güləşçimizdən 8-i medal qazandı
Borca görə mandatını girov qoyan keçmiş deputat həbs olunacaq
Vətən Müharibəsində hücuma keçən ilk tankçı - VİDEOREPORTAJ
Hirkan Milli Parkında yanğın davam edir - VİDEO
Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb
Qar Gürcüstan-Rusiya sərhəddində 10 km-lik tıxac yaradıb
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”ə yollanıblar
Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” veloyarışı keçiriləcək
Sumqayıtda oteldə arvadını yastıqla boğub öldürdü
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Qarsda genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri keçiriləcək
Xalq artisti Siyavuş Aslanın oğlu küçədə yaşayır
Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli aşkarlandı-VİDEO
Sabah Bakıda 10 dərəcə isti olacaq, bölgələrdə qar yağacaq, şimşək çaxacaq
Güləşçilərimiz Fransa "Qran-Pri"sində 5 medal qazandı
İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olunublar
MHP sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçib
DYP:İcazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Zabratda yanğın olub
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Almaniyada hakim partiyanın yeni sədri seçilib
Hirkan Milli Parkında baş verən yanğın qismən söndürülüb