logo

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

19:56 03-01-2021 | icon 1841
Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda yerli vaxtla saat 17:17-də 4,2 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bu, bölgədə gün ərzində baş verən ikinci zəlzələdir. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə böyük təşviş yaradıb. Yeraltı təkanın təsiri barədə hələlik məlumat yoxdur.